Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır

DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır

Tarix: 22-09-2020, 13:51


Azərbaycan Memarlar İttifaqı həbs olunan Fərhad Mollazadənin hələ də ittifaqdakı vəzifələrində qalmasına münasibət bildirib.
İttifaqın İdarə heyətinin sədri Elbay Qasımzadə “Report”a açıqlamasında bildirib ki, F.Mollazadə həmin qurumdakı vəzifələrində qalır:
“Hazırda istintaq gedir, məhkəmə bununla bağlı qərar çıxararsa, biz də plenumun müzakirəsinə çıxararıq, plenum iştirakçıları hansı qərara gələrsə, onu açıqlayarıq. Fərhad Mollazadə hələ də Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi vəzifəsində qalır. Çünki istintaq hələ yekunlaşmayıb. Bəlkə, istintaqın nəticəsində deyəcəklər ki, bu adamın heç bir günahı yoxdur”.
Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibi, 2017-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin 1-ci katibidir.
O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının üzvü vəzifəsində də qalır.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatla XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə həbs olunub. F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə və rüşvət almaqda ittiham olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR