Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub

Tarix: 3-12-2019, 15:04

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.
"Report"un əldə etdiyi məlumata görə, buna səbəb parlamentin buraxılması ilə bağlı gözləntilərin böyük olmasıdır.
ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında da Azərbaycandan olan nümayəndə heyəti iştirak etməyəcək. Həmin iclasda Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR