Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Türkiyə Böyük Millət Məclisinin açılışında Azərbaycana dəstək mesajı

Türkiyə Böyük Millət Məclisinin açılışında Azərbaycana dəstək mesajı

Tarix: 1-10-2020, 16:45

Türkiyədə Yeni Qanunvericilik ili ilə bağlı parlamentdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop nitqində Azərbaycana dəstək mesajı verib.
Bu barədə “Haber Global” xəbər yayıb.
Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləmdə hər zaman hüququn, qanuniliyin tərəfdarı olub:
“Ermənistanın sentyabrın 26-da Azərbaycana hücumları ilə bağlı böyük kədərimizi bildirmək istəyirəm. Şəhidləri rəhmətlə anır və yaralananlara təcili şəfa diləyirəm. Türkiyə haqq mübarizəsində, vətən müdafiəsində bundan sonra da Azərbaycanın yanında olacaq”.
M.Şentop bildirib ki, Türkiyənin dəstəyi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də açıq şəkildə bildirilir.
“Bu qətiyyət sentyabrın 28-də bir daha TBMM-də nümayiş olundu. Ermənistanın işğal etdiyi torpaqları ən qısa müddətdə tərk etməsinin zəruriliyini bir daha ifadə etmək istərdim”, - deyə o bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR