Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Ermənilərdən növbəti təxribat - RƏSMİ

Ermənilərdən növbəti təxribat - RƏSMİ

Tarix: 3-10-2020, 15:13

Azərbaycan ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır. Belə ki, bu dəfə düşmən yerli media nümayəndələrini hədəf alıb.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Azərbaycandan olan bir qrup jurnalist və bloqerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən “iş təklifi” bəhanəsi ilə mesajlar daxil olub.

Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırırıq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, reports@cert.az email ünvanı, “1654” qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR