Son Xəbər: Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb, Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ,

Ombudsman düşmənin artilleriya atəşinə məruz qoyduğu Gəncədə - FOTO

Ombudsman düşmənin artilleriya atəşinə məruz qoyduğu Gəncədə - FOTO

Tarix: 6-10-2020, 17:59


Azərbaycan Ombudsmanı Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə tutduğu Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirib.
Ombudsman Aparatından verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən sentyabr 27-dən başlayaraq, beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozulmaqla, cəbhə bölgəsindən uzaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə, intensiv şəkildə atəşə tutulur. 
Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirərək, 4 oktyabr 2020-ci il tarixdən başlayaraq münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Ombudsman Səbinə Əliyeva bununla əlaqədar növbəti faktaraşdırıcı missiya həyata keçirmək, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib.
Monitorinq səfəri çərçivəsində Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb.
Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində yaralanmış şəxslərlə, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.
Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşi nəticəsində dağıntılara məruz qalmış Gəncə şəhərində davam etdirilən faktaraşdırıcı missiyanın nəticələrinə dair hesabat da beynəlxalq təşkilatlara təqdim ediləcək.  
Qeyd olunmalıdır ki, Ermənistan silahlı qüvvələri qəsdən - məqsədli şəkildə Mingəçevir, Beyləqan, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Cəbrayıl, Xızı, Abşeron, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutur.
Nəticədə, dinc əhali arasında çoxsaylı ölən və yaralananlar var, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR