Son Xəbər: Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır,

Ermənistanın qadağan olunan silahlardan istifadəsinə görə cinayət işi açılıb

Ermənistanın qadağan olunan silahlardan istifadəsinə görə cinayət işi açılıb

Tarix: 7-10-2020, 14:12

Ermənistan Silahlı Qüvvələrinin silahlı birləşmənin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə oktyabrın 6-da saat 18:30 radələrində Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində onun içərisində olan bombacıqların bir hissəsi Yevlax rayonunun Aran qəsəbəsindən keçən, diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib.
Bununla da neft ixrac edən və dağıdılması əhəmiyyətli əmlak ziyanının vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaratmaqla infrastruktur obyektlərinə və digərlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılaraq aparılıb, terrorçuluq cinayəti törədilib.
Göstərilən cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən oktyabrın 6-da Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 214.2.1, 214.2.3 (terrorçuluq), 218.3 (cinayətkar birlik (təşkilat) yaratma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 186.3-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Baş Prokurorluq tərəfindən bütün beynəlxalq qurumlara müraciət ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR