Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Rəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdı

Rəcəb Tayyib Ərdoğan Qətərdə erməni quldurluğundan danışdı

Tarix: 8-10-2020, 13:31


Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün hərəkətə keçib və indi Ermənistanın quldurluqla ələ keçirdiyi torpaqları bir-bir geri alır.
“Haber Global” məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qətərdə ingilis dilində nəşr olunan “The Peninsula” qəzetinə müsahibəsində deyib.
“Ermənistanın soyqırım törətdiyi Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin illərdir bu soyqırıma və işğallara səssiz qalmasından ruhlanan Ermənistan mülki şəxslərə qarşı yeni hücumlarla təcavüzkar addımlarını davam etdirdi. Bundan sonra Azərbaycan işğal olunmuş ərazilərini qurtarmaq üçün hərəkətə keçdi və indi Ermənistanın quldurluqla tutduğu əraziləri geri alır”, - deyə Ərdoğan qeyd edib.
O bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da “bir millət, iki dövlət” şüarı ilə haqlı mübarizəsində Azərbaycan dövlətinin və xalqının yanındadır:
“Azərbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməyə davam edəcəyik. Bu regional problemi həll etmək üçün sözdə təşəbbüs göstərdiklərini iddia edən dövlətlər və beynəlxalq strukturlar, təəssüf ki, problemi bu günə qədər həlledilməz vəziyyətə saldılar. Bu dövlət və qurumların münasibəti Ermənistana qol-qanad verdi və onun yeni işğalçılıq fəaliyyətinə başlamasına səbəb oldu. Qarabağ məsələsi son 30 ildə Qafqazın ən vacib böhran mövzusudur.
İllərdir nəticəsiz qalan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu problemi Azərbaycanın faktiki mübarizə yolu ilə həll etməyə çalışması həm tarix, həm hüquq, həm də coğrafiya həqiqətlərinin bir zərurətidir. Bu problemi kökündən həll etmək üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi lazımdır.
Hər fürsətdə türk millətinə qarşı aqressiv və düşmən mövqe tutmaqdan çəkinməyən Ermənistan bölgədəki sülh, sabitlik və əmin-amanlığa ən böyük maneədir”.
Türkiyə prezidenti bir daha beynəlxalq ictimaiyyəti illərdir tətbiq etdiyi ikili standartlardan imtina etməyə və Ermənistanın Azərbaycan ərazisindəki işğalına son qoymaq üçün addımlar atmağa çağırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR