Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Füzulidə düşmən təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı - RƏSMİ

Füzulidə düşmən təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı - RƏSMİ

Tarix: 9-10-2020, 13:24

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ümumilikdə 2091 elektron müraciət daxil olub.
Təhsil Nazirliyindən verilən məlumata görə, elektron müraciətin nəticəsi və müsahibə mərhələsinə dəvət barədə məlumat oktyabrın 15-dək namizədlərin “Şəxsi kabineti”ndə mərhələli qaydada yerləşdiriləcək.
Növbəti həftədən müsahibələrin təşkili, yekun nəticələrin isə oktyabrın sonunadək elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm “Şəxsi kabinet”, həm də telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərin, həmçinin şəxsi keyfiyyətlərin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı namizədin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.
Ümumtəhsil fənn müəllimlərinin seçimi Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları üzrə topladıqları bal əsasında aparılır və vakant yerlərə seçilmiş namizədlər haqqında məlumat “Şəxsi kabinet”ə yüklənir. Namizədlər şəxsi kabinetlərini izləyərək nəticələri ilə tanış ola bilərlər. Seçilmiş namizədlərlə telefon vasitəsilə də əlaqə saxlanılacaq. İxtisas müəllimləri və istehsalat təlimi ustaları üzrə müsahibə mərhələsinə keçmiş namizədlər haqqında məlumat isə mərhələli şəkildə “Şəxsi kabinet”ə yerləşdirilir.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR