Son Xəbər: Bakıda “Rus evi”nin bağlanmasının səbəbi AÇIQLANDI, Ədliyyə Nazirliyi Ana Vətən Partiyasının müraciətinə CAVAB VERDİ, Ceyhun Bayramov: Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub, Suriyada məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var, Ermənistan vətəndaşlarının məhkəməsi: Davit İşxanyan son söz deyir, Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar, "Valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid anlayışdan istifadə olunması təklifi son oxunuşda qəbul edilib, Yol polisi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib, Türkiyədə Erden Timur da daxil olmaqla 24 nəfər saxlanılıb, Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək,

Prezidentin köməkçisi erməni yalanlarını ifşa etdi: “Materiallar ziddiyyətlidir”

Prezidentin köməkçisi erməni yalanlarını ifşa etdi: “Materiallar ziddiyyətlidir”

Tarix: 9-10-2020, 14:44


“Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raketlə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz bu xüsusda dünya xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 
Onun sözlərinə görə, Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır:
“Birincisi, Azərbaycan ordusu tərəfindən kilsə və digər mülki təyinatlı obyektlər hədəfə alınmır. Həmin dövrdə Azərbaycan silahlı qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib.
İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməyib. 
Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, aviabomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan silahlı qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur”.
“Göründüyü kimi, Ermənistan tərəfi hər dəfə yalanlar ifşa olunanda, yeni uydurmalara əl atmağa başlayır.
Bu hal Ermənistanın növbəti təxribatı, Azərbaycana qarşı informasiya hücumu cəhdidir. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.
Bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdir etmək istəyir. Bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılıb.
Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən, Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirib.
Bütün dünya xristianlarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dini abidələr təyinatına uyğun olaraq bərpa olunacaqdır”, - deyə H.Hacıyev qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR