Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Bakı Şəhər İcra Hakimiyyətinin idarəsi 17,4 milyon manatlıq satınalma edib

Bakı Şəhər İcra Hakimiyyətinin idarəsi 17,4 milyon manatlıq satınalma edib

Tarix: 10-10-2020, 11:06

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 17,4 milyon manat dəyərindəki tenderlərinə yekun vurulub. 
Belə ki, İdarə “Stone Construction” QSC ilə ümumi dəyəri 12,9 milyon manatlıq müqavilələr bağlayacaq. Tender şərtləri üzrə şirkətdən yumşaq inventar, yataq ləvazimatları və müxtəlif növ geyimlərin alınmasına 6,3 milyon manat, körpələr evi, uşaq bağçası və uşaq evləri üçün əyani vəsaitlərin, mətbəx ləvazimatları və digər malların satınalınmasına 6,7 milyon manat sərf ediləcək. 
Həmçinin, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-dən ümumi dəyəri 4,3 milyon manatlıq xidmət satın alınıb. Belə ki, yanğınsöndürən balonların doldurulması və tədbir üçün müxtəlif növ kostyumların satınalınmasına 1,5 milyon manat, eyni zamanda körpələr evi, uşaq bağçaları və uşaq evlərində maşın və avadanlıqların satınalınmasına 1,5 milyon manat, mebel və avadanlıqların alınmasına 1,3 milyon manat vəsait ayrılacaq. 
Əlavə olaraq, idarə “Star Construktion-12” QSC ilə körpələr evi, uşaq bağçaları və uşaq evlərində abadlıq işlərinin aparılması üzrə 148,9 min manat dəyərində müqavilə bağlayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR