Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ

Azərbaycanda bəzi yerlərdə avtobuslar işləməyəcək - RƏSMİ

Tarix: 16-10-2020, 10:42

Azərbaycanda bəzi yerlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.
Qeyd edilən regionlarda pandemiyanın yayılma sürəti artdığı üçün müvəqqəti həftəsonları ictimai nəqliyyatın dayandırılması zərurəti yaranıb. Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən ciddi nəzarət ediləcək.
Belə ki, avtobusların salonlarında dezinfeksiyaedici məhlulların mütəmadi qoyulması və tibbi maskalardan istifadəyə xüsusi diqqət ayrılıb. Avtobusların gündəlik dezinfeksiya olunması ilə bağlı tələbin icrasına nəzarətin gücləndirilməsi məqsədilə xüsusi monitorinq qrupu yaradılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR