Son Xəbər: “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı,

Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT

Dövlət Komitəsindən Gəncədəki erməni vandalizmi ilə bağlı BƏYANAT

Tarix: 17-10-2020, 15:27


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcavüzkar Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini növbəti dəfə raket atəşinə tutması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir.
17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında cəbhə bölgəsindən və münaqişə zonasından kənar yerləşən Gəncə şəhəri sayca üçüncü dəfə terrora məruz qalaraq ballistik raket atəşinə tutuldu. Bu terror nəticəsində üç azyaşlı uşaq, dörd qadın olmaqla 13 nəfər həyatını itirdi, beşi azyaşlı və 20-si qadın olmaqla, 48 nəfər ağır şəkildə yaralandı, iki uşaq itkin düşdü.
Qəhrəman Azərbaycan ordusunun qarşısında dayana bilməyən Ermənistan rəhbərliyinin terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.
27 sentyabr 2020-ci il tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini, eləcə də münaqişə zonasına daxil olmayan Azərbaycan şəhərlərini, yerli əhalinin məskunlaşdığı yaşayış məntəqələrini və mülki obyektləri müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutması nəticəsində, ümumilikdə 60 mülki şəxs həlak olub, 270 dinc sakin yaralanıb. 1704 yaşayış evi, 327 mülki obyekt və 90 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb.
Bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrə və azərbaycanlılara qarşı yönəlmiş müharibə cinayətinə dünya birliyinin hələ də səssiz qalması Azərbaycan xalqı olaraq bizi naharat edir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən, elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyaraq layiqli cəzasını almalı, beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu müharibədən əziyyət çəkən ailələrin,uşaq və qadınların, vəziyyətini xüsusi diqqət mərkəzində saxlamaqla, digər ölkələrdə fəaliyyət göstərən həmkar dövlət qurumlarına, eləcə də aidiyyəti beynəlxalq təşkilatlara üzümüzü tutaraq bu müharibə cinayətinin nəticələrinə biganə qalmamağa çağırırıq.
Bütün dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycanın mülki əhalisini namərdcəsinə hədəf seçməsinə son qoyulması istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırır, zərərçəkən ailələrin, hüquqları pozulan qadınların, azyaşlı körpələrin qətlinə münasibət bildirmələrini tələb edirik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR