Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Ceyhun Bayramov ilə fransalı həmkarı arasında telefon danışığı olub

Ceyhun Bayramov ilə fransalı həmkarı arasında telefon danışığı olub

Tarix: 19-10-2020, 18:48


19 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Nazir Ceyhun Bayramov atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə Fransa Xarici İşlər Nazirinə məlumat verdi.
O qeyd etdi ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəf aldığını göstərir. 
Nazir humanitar atəşkəsin pozmaqla bir daha Ermənistanın beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.
Nazir Jean Yves Le Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.
Ceyhun Bayramov bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR