Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR

Sığortaolunanın fərdi şəxsi hesabı yaradılır - QƏRAR

Tarix: 21-10-2020, 20:09

“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.


Sığortaolunanların fərdi uçotu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir. Beləliklə, sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.

Fərdi uçot hər bir şəxsin sığortaolunan kimi identifikasiyası və icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən istifadə hüququnun təmin edilməsi məqsədilə aparılır.

Sığortaolunanların fərdi məlumatları əsasında onlara dair ödənilmiş və hesablanmış sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, ödənilməli olan sığorta haqları, icbari tibbi sığorta şəhadətnaməsi barədə məlumat fərdi şəxsi hesablarında toplanılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR