Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Metro bağlandı, taksi qiymətləri yenidən artdı - Açıqlama

Metro bağlandı, taksi qiymətləri yenidən artdı - Açıqlama

Tarix: 22-10-2020, 17:32

Paytaxtda karantin tədbirləri çərçivəsində Bakı metrosunun bağlanması ilə əlaqədar taksilərə olan tələbat yenidən artıb. Bu isə bəzi taksi şirkətlərinin mövcud vəziyyətdən sui-istifadə edərək, süni qiymət artımına yol verməsinə səbəb olub.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, belə hallardan daha çox sui-istifadə edən arxasında erməni mənşəli iş adamlarının dayandığı “Maksim”, “Uber” kimi taksi şirkətləridir:
“Ölkədə taksi fəaliyyəti ilə bağlı müəyyən boşluqlar var və bu boşluqlar bu gün də müəyyən problemlərə gətirib çıxarır. Qanunvericilikdə taksi qiymətinin minimum və maksimum həddi müəyyənləşdirilməyib. Düzdür, dünyanin bir çox ölkəsində taksi qiyməti günlərə və saatlara görə tənzimlənir. Bizdə belə qayda yoxdursa, taksi şirkətlərinin bundan sui-istifadə etməsi düzgün deyil. Bu cür fəaliyyət göstərsələr belə, elə etmək lazımdır ki, pik saatlardakı qiymət adi vaxtlarda olan qiymətdən çox fərqlənməsin. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu hallara daha çox erməni mənşəli iş adamlarının arxasında dayandığı şirkətlərdə rast gəlinir. Günün müxtəlif saatlarında bu şirkətlərdə 15-20 faiz artım qeydə alınır. Onlar bu gün bazarda qiymət siyasəti yürüdür, qiyməti tənzimləyir. Hesab edirəm ki, belə şirkətlərin qarşısı mütləq alınmalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR