Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Bu rayonlara qar yağdı

Bu rayonlara qar yağdı

Tarix: 5-12-2019, 14:43

Dekabrın 5-i ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 24 mm, Astarada 19 mm, Oğuzda 13 mm, Kişçayda 12 mm, Şəkidə 11, Daşkəsəndə 10 mm, Göygöldə 9 mm, Mingəçevirdə 8 mm, Qəbələ, Gədəbəy, Yardımlıda 7 mm, Quba, Sarıbaş, Ağsuda 6 mm, Tərtər, Naftalanda 5 mm, Naxçıvan, Şahbuz, Gəncə, Zaqatala, İsmayıllı, Qusar, Bərdə, Lerik, Sədərəkdə 4 mm, Şərur, Ordubad, Ağdərə, Xaltan 3 mm, Bakı, Şabranda 2 mm, Maştağa, Zabrat, Şəmkir, Tovuz, Ağdam, Balakən, Mərəzə, Altıağac, Qırız, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Nabranda 1 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü Daşkəsəndə 16 sm, Sarıbaşda 11 sm, Göygöldə 7 sm, Ağdərədə 6 sm, Qırızda 5 sm, Xaltanda 2 sm, Qusar, Altıağacda 1 sm olub.
 
Şimal-qərb küləyi arabir Naftalan, Mərəzə, Neftçalada 20 m/s, Xaçmazda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 m olub.
 
Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR