Son Xəbər: "Sabah" "Sele" ilə cavab matçına çıxacaq, Suriyada hökumət qüvvələri ilə yaraqlılar arasındakı toqquşmalarda 356 nəfər ölüb, Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib, Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub, Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir, Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib, Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Rusiya FHN: Mi-8 helikopterinin qəzaya uğradığı yerdən 5 nəfərin meyiti tapılıb - YENİLƏNİB, Ermənistan Prezidenti ətraf mühit nazirini vəzifəsindən azad edib,

Azərbaycanın ən gənc və ən yaşlı 5 nazir müavini – SİYAHI

Azərbaycanın ən gənc və ən yaşlı 5 nazir müavini – SİYAHI

Tarix: 5-12-2019, 16:27

Son vaxtlar ölkəmizdə aparılan kadr islahatları demək olar ki, bütün sahələri əhatə etməkdədir. Hökumət rəsmilərinin açıqlamarından da bilindiyi kimi, kadr islahatlarının əsas səbəblərindən biri də, vəzifəli şəxslərin əksəriyyətinin yaşlı nəslin nümayəndələri olmasıdır.

Bu sözlər əməldə də öz əksini tapdı və yüksək vəzifəli şəxslərdən "qocaman” sayılanların demək olar ki, əksəriyyəti öz postunu itirdi. Bəs görəsən rəhbər şəxslərin yaşı ötmüş müavinləri də kadr islahatlarının "ələyindən” keçəcəkmi? Rəhbər şəxslər dedikdə isə demək olar ki, hər kəsin ağlına dövlət idarəsinin əksər sahələrinə rəhbərlik edən nazirlər gəlir. Ancaq Azərbaycanda yaşlı nazir müavinləri ilə yanaşı, çox gənc sayılabiləcək müavinlər də var.

Yeniavaz.com Azərbaycanın ən gənc və ən yaşlı 5 nazir müavininin siyahısını təqdim edir:
Səhiyyə nazirli Oktay Şirəliyevin müavini Rahim Əliyev Azərbaycanın ən gənc nazir müavinidir. O, 1982-ci ildə Bakı şəhərində anadan olub və 37 yaşı var.
Gənclər və idman naziri Azad Rəhimovun müavini Fərhad Hacıyev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini Anar Əliyev ilk beşlikdə 2 və 3-cü yerləri bölüşür. Belə ki, onların hər ikisi 1980-ci ildə dünyaya göz açıblar və 39 yaşları var.

Sahil Babayevin digər iki müavini Mətin Kərimli və Anar Kərimov isə Azərbaycanın ən gənc 4-cü və 5-ci nazir müavinləridir. Onların hər ikisinin 40 yaşı var.
Beləliklə, Azərbaycanın ən gənc 5 nazir müavinindən 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin tabeçiliyindədir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Sevda Məmmədəliyeva Azərbaycanın ən yaşlı nazir müavinidir. 1946-cı ildə Bakı şəhərində doğulmuş S. Məmmədəliyevanın 73 yaşı var.
Xarici İşlər naziri Elmar Məmmədyarovun müavini Mahmud Məmmədquliyev və Energetika naziri Pərviz Şahbazovun müavini Gülməmməd Cavadov 70 yaşla Azərbaycanın ən yaşlı ikinci və üçüncü nazir müavinləridir. Onların hər ikisi 1949-cu ildə anadan olublar.

68 yaşlı General-leytenant Faiq Tağızadə Azərbaycanın ən yaşlı dördüncü nazir müavinidir. O, 1951-ci ildə Bakı şəhərində doğulub və 68 yaşı var. F. Tağızadə Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 7 müavinindən biridir.

Ən yaşlı beşinci nazir müavini isə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin 1952-ci ildə dünyaya göz açmış müavini Novruz Quliyevdir. Düzdür, Təhsil naziri Ceyhun Bayramovun müavini Firudin Qurbanov və Daxili İşlər naziri Vilayət Eyvazovun müavini Oruc Zalov da 1952-ci ildə doğulub, ancaq onları bu siyahıdan kənarda qoyan aralarındakı ay fərqidir (Muxtar Babayev 22 mart, Firudin Qurbanov 29 avqust, Oruc Zalov isə 7 dekabrda dünyaya gəliblər).




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR