Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Yüksək vəzifəyə təyin olunan Fəxri İsmayılov kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Fəxri İsmayılov kimdir? - DOSYE

Tarix: 5-12-2019, 16:46

Bu gün Fəxri İsmayılov Baş nazir Əli Əsədovun köməkçisi təyin olunub.
Publika.az Fəxri İsmayılovun tərcümeyi-halını təqdim edir:

Fəxri İsmayılov 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsinin bakalavr, 1998-2000-ci illərdə isə həmin fakültənin magistr pilləsini bitirmişdir. 2001-2004-cü illərdə Maliyyə kafedrasının aspirantı olmuşdur. 2008-ci ildə ABŞ-ın J.Kennedi adına Harvard Universitetinin "Dövlət Maliyyəsinin Menecmenti" ixtisasartıma proqramını bitirmişdir. 2010-2011-ci tədris illərində Fulbright proqramı ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin "Maliyyə” departamentində post-doktorantura proqramının məzunu omuşdur. 2010-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlamışdır və müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Mərkəzi Bankın Statistika departamentinin direktoru vəzifəsində çalışır. Ümumilikdə aparıcı daxili və xarici elmi jurnallarda nəşr edilmiş 20-a yaxın elmi məqalənin müəllifidir. Resurs iqtisadiyyatlarında fiskal çərçivə və fiskal dayanıqlıq, büdcə kəsiri və onun maliyyələşmə mənbələri, fiskal və monetar siyasətin koordinasiyası, orta müddətli xərclər strategiyası və s. sahələrdə aparılmış tədqiqat işlərinin müəllifidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR