Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”

İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”

Tarix: 26-10-2020, 13:14

“Mən göstəriş vermişəm ki, Azərbaycan ordusu təmniklə hərəkət etsin, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini ya hərb, ya da sülh yolu ilə tapmalıdır”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal altında olan torpaqlardan çıxmalıdır:

“Bizə konkret cədvəl verilməlidir ki, Ermənistan neçə günə hansı torpaqlardan çıxmalıdır. Bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qarşımızda diz çöküb. Sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir”.

İ.Əliyev vurğulayıb ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir:

“Bütün siyahılar bizdə var. Nə vaxt hansı təyyarənin haraya gəlməsi, nəyi haraya boşaltması barədə məlumat var. Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb.

Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan Ermənistanın baş naziri indi onun-bunun ayağının altına yıxılıb kömək istəyir, imdad diləyir.

Özünü, xalqını alçaldır. Silah verməyin, bu məsələni qurtaraq. Bizə heç kim silah vermir. İki gündən sonra yalvara-yalvara gələcək. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Biz buna səssizmi qalacağıq?”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR