Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Bərdəyə raket hücumu: 19 ölü, 60 yaralı - YENİLƏNİB + RƏSMİ/VİDEO

Bərdəyə raket hücumu: 19 ölü, 60 yaralı - YENİLƏNİB + RƏSMİ/VİDEO

Tarix: 28-10-2020, 15:59

Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində  19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

14:39

Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

14:25

Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində üç nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR