Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Azərbaycanda bu il yaradılan və ləğv edilən yeni qurumlar - SİYAHI

Azərbaycanda bu il yaradılan və ləğv edilən yeni qurumlar - SİYAHI

Tarix: 6-12-2019, 08:39

Prezident İlham Əliyev bu ilin hələ başlanğıcında islahatlar aparılacağını elan etmişdi. İslahatlar nəticəsində ölkədə fəaliyyətdə olan bir sıra qurumlar ləğv edilib, eləcə də yeni qurumlar yaradılıb.

Bu il yanvarın 14-də yaradılan və ləğv edilən qurumlar;

– Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

– Müdafiə Sənayesi Nazirliyi ləğv edilib və əvəzinə "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.
– Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilib.
– Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib.
– Prezident yanında Bilik Fondu ləğv edilib.
– Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.
Bu qurumlar ləğv edilərək ictimai əsaslar fəaliyyəti yenidən təşkil edilib:
– Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi;
– Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
– Tarif (qiymət) Şurasının Katibliyi;
2019-cu il yanvarın 18-də

– "Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi” ləğv edilib.
– "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” ləğv edilib.
– "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib;
– Onların əsasında Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.

2019-cu il fevralın 6-da
– Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb.
İyunun 20-də
- "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

Oktyabrın 16-da
– Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.
- Oktyabrın 22-də Tarix-mədəniyyət qoruqları yaradılıb.
- Noyabrın 29-da isə Prezident Administrasiyasının yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb.
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi yaradılıb.
Bundan əlavə, Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.
Eyni zamanda, İnnovativ inkişaf və elektron hökumət məsələləri, Dövlət nəzarəti şöbəsi, həmçinin Dilarə Seyidzadənin rəhbərlik etdiyi Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsi də ləğv olunub.
- İctimai-Siyasi Məsələlər üzrə şöbə də ləğv edilib, rəhbəri işdən çıxarılıb.
Bundan əlavə, Prezident Administrasiyanın Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR