Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Tarix: 29-10-2020, 16:29


2020-ci ilin sentyabr ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, kredit kartları ilə aparılan əməliyyatların dəyəri 179 milyon manat həcmində olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz çoxdur.

Ölkədaxili əməliyyatların ümumi həcmi 157 milyon manat olub. Bu isə 2019-cu ilin sentyabr ayına nisbətən 38,9 faiz çoxdur.

Ölkədaxili əməliyyatların 47 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilib. Həmçinin, POS terminallar vasitəsilə aparılan əməliyyatların həcmi 69 milyon manat olub. Əmәliyyatların 41 milyon manatı isə elektron ticarətin payına düşüb.

Ölkәxarici әmәliyyatların dəyəri isə 22 milyon manat həcmində olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR