Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Paytaxtda istehlak qiymətləri indeksi açıqlanıb

Paytaxtda istehlak qiymətləri indeksi açıqlanıb

Tarix: 4-11-2020, 20:57

Sentyabrda Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,5 faiz təşkil edib.

Mediabiz.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqustla müqayisədə 100,1 faiz, cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 104,7 faiz olub.

Cari ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100 faiz, bu ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz olub. Sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 101,1 faiz təşkil edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR