Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

Dağlıq Qarabağa hansı status veriləcək? - ŞƏRH

Dağlıq Qarabağa hansı status veriləcək? - ŞƏRH

Tarix: 6-11-2020, 17:48


Xarici jurnalistlər prezident İlham Əliyevə ən çox bu sualı verirlər: “Bakı Dağlıq Qarabağa hansı status verəcək?”.

Azərbaycan prezidenti bu məsələnin müzakirəsinin erkən olduğunu bildirir.
Rəsmi Bakı Yerevanla 27 il aparılan danışıqlarda Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verəcəyini vəd edirdi. İlham Əliyev deyirdi: “Dünyada mövcud olan istənilən muxtariyyət modelini Dağlıq Qarabağ ermənilərinə verməyə hazırıq”.

İlham Əliyev və azərbaycanlı siyasi ekspertlər müxtəlif nümunələr göstərirdilər: Aland modeli, Tirol modeli və s.
Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları bütün bu moddelləri rədd etdilər. Onlar Dağlıq Qarabağa “müstəqillik” istəyirdilər. Buna rəsmi Bakı razılaşa bilməzdi. 27 il aparılan danışıqlar nəticə vermədi.

Hazırda Azərbaycan Ordusu böyük əraziləri işğaldan azad edib. Erməni separatçıları anlayırlar ki, onlar məğlub olacaqlar və heç bir dövlət onlara kömək etməyəcək.
Azərbaycan mövcud reallığı dəyişdi. Bundan sonra rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verməyəcək. Dağlıq Qarabağda ermənilərin sayı az olsa, bu bölgəyə aşağı statuslu muxtariyyətin verilməsi də lazım olmayacaq. Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, Dağlıq Qarabağın da eyni statusu olacaq.
Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları vaxtilə rəsmi Bakının təklifini qəbul etsəydilər, müharibə olmazdı və bölgənin yüksək muxtariyyət statusu olardı. İndi isə bu mümkün deyil. Şərtləri Azərbaycan diqtə edir.

“Atlas” Araşdırmalar Mərkəzi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR