Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycanda deputata töhmət verildi

Azərbaycanda deputata töhmət verildi

Tarix: 7-11-2020, 15:29


Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, noyabrın 7-dəki iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.
Komissiyanın üzvləri qeyd ediblər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.
Komissiyanın üzvləri bildiriblər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını bildiriblər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.
Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR