Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Paşinyan məsuliyyətdən qaçır: “Ordunun perspektivli cavabı yoxdur”

Paşinyan məsuliyyətdən qaçır: “Ordunun perspektivli cavabı yoxdur”

Tarix: 10-11-2020, 12:17

Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” hesabından xalqına müraciət edir.

O, məğlubiyyətlə bağlı razılaşmanın ordunun təsiri ilə bağlandığını deyib.

“Mən dünən bu addımı ordu rəhbərliyinin təkidindən sonra atdım. Ordu artıq dayanmalı olduğumuzu dedi. Çünki bizim suallarımız olsa da, onların perspektivli cavabı yoxdur və ya resurs tükənmişdi”, - deyə o etiraf edib.

Onun sözlərinə görə, əvvəllər neqativ razılaşma elan olunsaydı, döyüş effektivliyinin azalmasına səbəb olardı. Ermənistanlı baş nazir camaatın həqiqəti bilməməsindən narazı olduğunu deyib.

Ölkənin səfərbərliklə bağlı problemləri var idi; ümumiyyətlə, döyüş əməliyyatları aparmağa hazır deyildilər:

“Hərbi resurslar hər şeydə təsirli deyildi. Cəbhə bölgəsində döyüşənləri əvəz edənlər yox idi. Döyüşənlərin dincəlmə fürsəti olmalı idi”.

Paşinyana görə, bu səbəblər onu bəyannamə imzalamağa vadar edib, əks təqdirdə nəticələr daha ağır ola bilərdi.

Qeyd edək ki, Ermənistanın müharibəni uduzması ilə bağlı razılaşmasından sonra Yerevanda etiraz aksiyaları başlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR