Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Bu gecə hamımız əsrə bərabər tarixi bir günə şahidlik etdik

Bu gecə hamımız əsrə bərabər tarixi bir günə şahidlik etdik

Tarix: 10-11-2020, 12:34

Bu gün əsrə bərabər gündür. Bu gecə hamımız tarixi bir günə - Qələbə müjdəsinə şahidlik etdik. İllərdən bəri bizə xəyal kimi görünən qələbə ilə torpaqlara qayıdış artıq cənab Pezidentin uzaqgörən siyasəti, müzəffər ordunun rəşadəti sayəsində reallığa çevrildi.

Bu sözləri millət vəkili Məşhur Məmmədov qələbə sevincini Azadmedia.az saytı ilə bölüşərkəm biıdirdi.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyən deputat qeyd etdi ki, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün dövlət əlindən gələni edir və edəcək. Biz bu Qələbəyə görə Ali Baş Koçandana və torpaq uğrunda mübarizəyə atılan hər kəsə borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır.

30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq. Cənab Prezident dedi ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovdu da! - deyən M. Məmmədov sonda xalqı, və seçicilərini möhtəşəm Qələbə bayramı münasibəti ilə təbrik etdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR