Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycanda dəhşətli qətl - Qadın həmkəndlisini güllələdi

Azərbaycanda dəhşətli qətl - Qadın həmkəndlisini güllələdi

Tarix: 11-11-2020, 13:41


Bərdə rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Məmmədli kəndi ərazisində Qaratəpə kənd sakini Sevda Hacıyevanın ov tüfəngindən açılan atəşlə qətlə yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində kənd sakini N.Mehralıyeva tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR