Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Rusiya MN-i: “Sülhməramlı əməliyyatlar aparılan rayonda hərbi polis bölmələri də olacaq”

Rusiya MN-i: “Sülhməramlı əməliyyatlar aparılan rayonda hərbi polis bölmələri də olacaq”

Tarix: 11-11-2020, 15:14

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bildirib ki, Rusiya hərbi polis bölmələri Dağlıq Qarabağa göndərilən sülhməramlı kontingentə daxildir.

Bu barədə "RİA Novosti” xəbər verir.

"Sülhməramlı əməliyyatlar aparılan rayonda eyni zamanda sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələri də tapşırıqları yerinə yetirəcəklər. Onlar təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etməkdə cavabdehdirlər”, - deyə Rudskoy bu gün keçirdiyi brifinqdə açıqlayıb.

"Silahlı qarşıdurmalarda əməliyyatı idarə etmək üçün qoşunlara rəhbərlik etməkdə böyük təcrübəyə malik zabitlərin də daxil olduğu sülhməramlı qüvvələrin komandanığı yaradılıb”, - o əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR