Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Qəbul imtahanının qiyməti artırılacaq? - RƏSMİ AÇIQLAMA

Qəbul imtahanının qiyməti artırılacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 7-12-2019, 15:55

"Yeni Sabah" xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. DİM rəhbəri deyib ki, imtahanların yüksək keyfiyyətini, yeni çağırışlara cavab verməsini təmin etmək üçün ödəniş olmalıdır. Amma bu ödənişi hökumət, sifarişçi öz üzərinə götürür.
 
"Elə sifarişçilər var ki, namizədlərin bütün pulunu ödəyir. Amma elə sifarişçilər də var, deyir ki, namizəd özü ödəməlidir. Bu, bizdən asılı məsələ deyil, qanunvericiliklə tənzimlənir. Bizə əsas odur ki, sifarişçi qərar versin, ya namizəd ödəsin, ya da özü. Keçən ildən imtahanlarda dinləmə-anlama bacarıqlarını yoxlamaq üçün müəyyən qurğular tələb olunur, təhlükəsizliklə əlaqədar müəyyən yeniliklər tətbiq edilir, qəbul qaydaları ilə bağlı müəyyən dəyişikliklər edildi və s. Bütün bunların təşkili üçün müəyyən məbləğ xərclənir".
 
M.Abbaszadə qeyd edib ki, namizədlər də imtahanların keyfiyyətli, ədalətli keçirilməsinə, təhlükəsizliyin təmin olsunmasına, ekspertizanın vaxtında aparılmasında maraqlıdır.
 
"Bütün bunların hamısı pul tələb edir. Özbəkistandan gələn nümayəndələr bizim işimizlə tanış oldular. Özbəkistanda da hökumət tərəfindən namizəd üçün qəbul imtahanına yalnız bir dəfə ödəniş edilir. Sonra qəbul olmursa, gələn illər özü ödəyir. Bizdə də elədir. Amma bizdə yalnız həmin ilin məzunu deyil, 50 yaşında kimsə birinci dəfə imtahana gedirsə, onun imtahan xərcini dövlət öz üzərinə götürür. Özbəkistanda imtahan qiyməti minimal əmək haqqının yarısına bərabərdir və 1 milyon da abituriyent var. Bizdə isə belə deyil”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR