Son Xəbər: Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb, Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ,

Azərbaycanda qadınların sayı azalıb

Azərbaycanda qadınların sayı azalıb

Tarix: 13-11-2020, 09:49

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 20 ildə hər 1000 kişiyə nisbətdə qadınların sayı hiss edilən səviyyədə azalıb.
 
Modern.az-ın məlumatına görə, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində 1003-ə, 2020-ci ilin əvvəlində isə 1002-yə enib.
 
Ümumilikdə ölkədə kişilərə nisbətən qadınların sayının azalmasına baxmayaraq, yaş qrupları üzrə müəyyən fərq müşahidə edilir.
 
Ölkədə yaşı 29-dək olan kişilərə düşən qadınların sayı yaş kateqoriyaları üzrə getdikcə artsa da, ümumilikdə bu say 1000-i ötmür. Başqa sözlə desək, ölkədə yaşı 29-dək olan hər bir kişiyə bir qadın düşmür. Bu ilin əvvəlində olan məlumata əsasən, 0-4 yaşda hər 1000 kişiyə 880, 5-9 yaş arasında olan hər 1000 kişiyə 864, 10-14 yaşlı hər 1000 kişiyə 868, 15-19 yaşlılara 876, 20-24 yaşlılara 907 , 25-29 yaşlılara 957 qadın düşür.
 Lakin 30 yaşdan sonra bu məsələ ilə bağlı vəziyyət dəyişib və hər 1000 kişiyə düşən qadınların sayı 1000-dən çox olub. 2020-ci ildə hər 1000 nəfər kişiyə 1022 qadın düşür.
Ölkədə hər 1000 kişiyə düşən qadınların sayının çoxluğu daha çox 70 və yuxarı yaşlı kişilər arasında qeydə alınır. Bu yaşda olan hər 1000 kişiyə 1448 qadın düşür ki, bu da bütün yaş qrupları üzrə ən yüksək göstəricidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR