Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

AzanFilm studiyasının növbəti bir uğuru

AzanFilm studiyasının növbəti bir uğuru

Tarix: 28-10-2019, 14:15

Azərbaycan istehsalı olan animasiya filmi Beynəlxalq Film Festivalında


"Azanfilm" animasiya studiyasının istehsalı olan "Mənim balaca Şahzadəm" ("My Little Prince") qısametrajlı animasiya filmi Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq Film Festivalında iştirak edir.
"Azanfilm" animasiya studiyasından Mediabiz.az-a verilən açıqlamaya görə, festival 25-19 oktyabr tarixlərində keçriləcək. Qısa film proqramı üzrə nümayiş 28 oktyabrda olacaq. "Mənim balaca Şahzadəm" animasiya filmi də məhz bu tarixdə nümayiş olunacaq.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə "Azanfilm" studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rəssam M.Ələkbərlinin Ekzupirinin "Balaca şahzadə" əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya üslubu ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin "Balaca şahzadə" əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir.
Qeyd edək ki, festivalda həmçinin, Sinqapurdan, Yaponiyadan, Latviadan və ABŞ-dan da seçilmiş filmlər olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR