Son Xəbər: Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib,

Fikrət Məmmədovla türkiyəli həmkarı arasında telefon danışığı olub

Fikrət Məmmədovla türkiyəli həmkarı arasında telefon danışığı olub

Tarix: 13-11-2020, 21:57

Bu gün Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olub.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb.
Türkiyəli nazir xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulayıb.
F.Məmmədov təbrikə görə təşəkkürünü bildirib, müharibənin ilk günündən qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının Azərbaycanın yanında olduğunu qeyd edib, bu ərəfədə yüksək səviyyəli şəxslərin ölkəmizə dəstəkverici səfərlərini xüsusilə vurğulayıb.
F.Məmmədov həmkarının səmimi dəstəyinə, o cümlədən Tvitter hesabı ilə ürək sözlərinə görə minnətdarlığını ifadə edib, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin önəmli addım olduğunu bildirib. Söhbət zamanı nazir həmçinin oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bir daha kədərini ifadə edib, həlak olanlarla bağlı başsağlığı verib.
Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və hərtərəfli əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR