Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

İsrailin agentləri Tehranda terrorçunu məhv etdi

İsrailin agentləri Tehranda terrorçunu məhv etdi

Tarix: 14-11-2020, 12:05

ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərinə hücumun iştirakçılarından biri olan Əl Qaidə terror təşkilatının liderlərindən biri Abdulla Əhməd Abdulla İsrailin Tehrandakı agentləri tərəfindən məhv edilib.

Mediabiz.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Abdulla 3 ay əvvəl məhv edilib. Onun avqustun yeddisində Tanzaniya və Keniya səfirliklərinə hücumun ildönümündə Tehranın küçələrindən birində motosikletdə olan iki nəfər tərəfindən öldürüldüyü bildirilib. Abdulla ilə bərabər qızı Məryəm də öldürülüb.

Qəzet İsrail xüsusi xidmət orqanlarının hücumu ABŞ-ın təşəbbüsü ilə gerçəkləşdirdiyini bildirib. Abdullanın öldürülməsindən sonra isə İran KİV-i Tehranda livanlı tarixçi Həbib Daudun öldürüldüyü haqqında məlumat yayıb. “Nyu York Tayms” əslində belə adamın heç vaxt mövcud olmadığını və öldürülən şəxsin Həbib Daud adıyla gizləndiyini açıqlayıb.

Belə ki, Abdullah Əhməd Abdullanın 2003-cü ildən İranda həbsxanada olduğu, amma 2015-ci ildən Tehran ətrafında sərbəst həyat yaşadığı qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR