Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Paşinyan etiraf etdi: “Biz bunu bacarmadıq”

Paşinyan etiraf etdi: “Biz bunu bacarmadıq”

Tarix: 16-11-2020, 12:37


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda baş verənlərə görə məsuliyyət daşıdığını bildirib və əlavə edib ki, İrəvan danışıqların məntiqini dəyişdirmək gücündə olmayıb.
“Baş verənlərə görə cavabdeh olan birinci şəxs mənəm. Burada heç bir başqa variant ola bilməz. Başa düşürəm ki, şərti olaraq, xalqımızın məhkəməsi qarşısında durmalıyam. Ancaq hazırkı vəziyyətdə hakim olan xalq işin bütün şəraitini bilməli, ordu, müxalifət, hökumət arasında dialoq olmalıdır”, - deyə N.Paşinyan onlayn mətbuat konfransı zamanı söyləyib.
N.Paşinyanın sözlərinə görə, 2018-ci ilin may ayına qədər (Paşinyanın hakimiyyətə gəldiyi tarix) beynəlxalq birlik “heç bir əvəz qarşılığında ərazi” düsturu ilə razılaşıb və müzakirələr geriyə dönməz nöqtəyə çatıb.
“Bu məntiqi dəyişdirməyə çalışdıq. Müqavimətimizi artırmağa çalışdım, amma biz bunu bacarmadıq”, - deyə N.Paşinyan qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR