Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Dirçəliş Gününün havası: Yağış, qar, şaxta...

Dirçəliş Gününün havası: Yağış, qar, şaxta...

Tarix: 16-11-2020, 13:43


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz  9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.  

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR