Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Yalnız bu şəxslərə həftə sonu taksi fəaliyyəti göstərməyə icazə veriləcək

Yalnız bu şəxslərə həftə sonu taksi fəaliyyəti göstərməyə icazə veriləcək

Tarix: 20-11-2020, 09:19

Bildiyimiz kimi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Bu uzadılma müddətində həftəsonlarında daha sərt qaydalar tətbiq olunacaq. Qarşıdakı həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq, insanların da hərəkəti maksimum dərəcədə məhdudlaşdırılacaq. Lakin qaydaların sərtləşdirilməsinə baxamayaraq, bəzi sahələrin fəaliyyətinə və inasanlara zəruri ehtiyaclarını təmin etməsi üçün müəyyən qaydalar çərçivəsində hərəkətlərinə icazə veriləcək. Belə olan təqdirdə həftəsonları ictimai nəqliyyatın tam dayandırılması insanlara müəyyən problemlər yaradacaq. Bunun üçün onlar mənzil başına çatmaq üçün ya öz şəxsi avtomobillərindən, və yaxud da taksi xidmətindən istifadə etməlidirlər.
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova “ölkə.az” açıqlamasında bildirib ki, həftəsonu tətbiq edilən sərt karantin rejimi zamanı taksi fəaliyyətinə heç bir qadağa tətbiq edilməyəcək:
“Həftəsonu tətbiq olunan karantin rejimi zamanı DANX tərəfindən icazə verilən taksilər sərbəst şəkildə hərəkət etmək hüququna malikdirlər”.
N. Allahyarova onu da bildirib ki, fəaliyyətinə icazə verilən taksilərə fərqlənmə nişanı veriləcək.
“Onu da qeyd edim ki, bu zaman yalnız fərqlənmə nişanı olan taksilər fəaliyyət göstərə biləcək, digər taksilərin hərəkəti isə qadağandır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR