Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"Onu 20 il izləmək yanlış idi" - Alleqri

"Onu 20 il izləmək yanlış idi" - Alleqri

Tarix: 9-12-2019, 13:25

“Yuventus”un sabiq baş məşqçisi Massimilano Alleqri italiya mətbuatına müsahibəsində “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda da danışıb.

Qol.az xəbər verir ki, ispaniyalı məşqçinin “Barselona”dakı uğurlu dönəmlərindən danışan Alleqri hamının onu təqlid etmək istəməyinin düzgün olmadığını deyib:

“20 il Pep Qvardiolanı izlədik. Bu, yanlışlıq idi. Düzdür, Qvardiolanın futbolu bir istisna idi, onun futbolu hər kəsə aid deyildi. Onun tarixə düşən “Barselona”sı rəqibə pressinq edən, öz cərimə meydançasına sıxan üç yaxşı futbolçu ilə birgə doğulmuşdu. Amma bunun üçün daim İnyesta, Xavi və Messi kimi futbolçuya sahib olmalısan. Onların etdikləri xüsusi bir şey idi. Biz isə bunu hamının etməsini istədik”.

Xatırladaq ki, Alleqri "Yuventus"la 5 dəfə İtaliya A Seriyasını qalibi olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR