Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi

Tarix: 20-11-2020, 13:41


“Bu payız ağacəkmə mövsümündə də daha çox ağac əkilməsinin təşviqi məqsədilə tinglik sahələrimizdə yetişdirdiyimiz ağac tinglərini, xüsusən Bakıda və Abşeron yarımadasında əkilməsi üçün əhaliyə əvəzsiz olaraq paylamağı planlaşdırırıq”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz “Facebook” səhifəsində paylaşım edib.
O qeyd edib ki, nazirlik vətəndaşlardan bu kampaniyanın necə təşkil olunması ilə bağlı təkliflər gözləyir:
“Pandemiyadan irəli gələn karantin şərtlərinə əməl etmək zərurəti yarandığından, ağac tinglərinin əhaliyə hansı formada paylanmasının təşkili barədə düşünürük.
Xatırlayırsınızsa, ötən illərdə ağac tinglərinin paylanması aksiyalarını təşkil edirdik. Sevindiricidir ki, hər kəs ağac əkmək istədiyindən təbii olaraq kütləvilik yaranırdı.
Hesab edirəm ki, indiki şərtlərdə bu cür aksiyaların keçirilməsi uyğun deyil. Siz karantin şətlərinə əməl etməklə əhaliyə ağac paylanılmasını necə görürsünüz?”, - deyə İ.İbrahimova öz “Facebook” izləyicilərinə müraciət edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR