Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib

Polad Bülbüloğlu adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib

Tarix: 9-12-2019, 13:37

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu kütləvi informasiya vasitələrində (KİV) adının “İlin ən fəal səfiri” sorğusuna salınmasına etiraz edib.
Məsələ ilə bağlı P. Bülbüloğlunun etiraz məktubunda son zamanlar bir sıra internet səhifələrində belə sorğuların təşkil edilməsi hallarının artdığı vurğulanıb.
Səfir bildirib ki, məlum olmayan meyarlar və ölçülər əsasında keçirilən səsvermələr vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan, müxtəlif dövlətlərdə və fərqli siyasi şəraitdə ölkəmizi təmsil edən səfirlərin fəaliyyətinin eyniləşdirilməsi və yaxud müqayisəsi cəhdi yanlışdır və qeyri-mümkündür.
O qeyd edib ki, səsvermələrdə ömrünü Azərbaycan dövlətinə, onun maraqlarının qorunmasına həsr edən şəxslərin adlarının yeni təyin olunmuş gənc səfirlərlə müqayisəsi ümumiyyətlə düzgün deyil: “Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin yarası və böyük problemi var. Azərbaycan Respublikasının bütün diplomatları Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələri icra etmək üçün akkreditə olunduqları ölkələrdə öz səlahiyyətləri və imkanları çərçivəsində bu ağır problemin həlli istiqamətində iş aparırlar. Görülən işlərin isə hansısa sorğularda qiymətləndirilməsi nəinki gərəksizdir, həm də zərərlidir”.
P. Bülbüloğlu yuxarıda yazılanları nəzərə alaraq, KİV-dən onun adının qeyd olunan sorğudan çıxarılmasını xahiş edib.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR