Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Açıq havada maska taxmayanları nə qədər cərimə gözləyir? – VİDEO

Açıq havada maska taxmayanları nə qədər cərimə gözləyir? – VİDEO

Tarix: 20-11-2020, 14:34

Noyabrın 21-dən maskadan düzgün istifadə etməyən fiziki şəxslər 100 manat cərimə ödəyəcəklər.

Baku TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Baku TV-yə bildirib ki, açıq havada maska taxmaq məcburidir:

“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməklə əlavə tədbirlərlə bağlı Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məcburidir.

Epidemiya əleyhinə sanitariya-gigiyena qaydaları karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblər pozularsa fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunacaqlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR