Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı

Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı

Tarix: 27-11-2020, 19:30

Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun kütləvi peyvənd olunduğunu açıqlayıb.

Bu barədə “İnterfax” xəbər yayır.

“Prezidentin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin koronavirus əleyhinə peyvəndləməsinə başlanıb. Ümumilikdə 400 mindən çox hərbi qulluqçunun peyvənd edilməsi planlaşdırılır”, - Şoyqu hərbi departamentin kollegiya iclasında bildirib.

Şoyqu qeyd edib ki, indiyə qədər 2500 hərbi qulluqçu COVID-19-a qarşı peyvənd edilib və ilin sonuna qədər onların sayı 80 minə çatacaq.

Nazir həmçinin bildirib ki, peyvənd edilmiş yüksək titr antikorlu hərbi qulluqçuların plazmasının koronavirusun müalicəsi üçün istifadəsi ilə bağlı araşdırma aparılır.

O qeyd edib ki, hazırda peyvənd edilmiş 500-dən çox hərbi qulluqçu tədqiqatda iştirak edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR