Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Diqqətli olun bu sürücüləri cəza gözləyir. Açığlama

Diqqətli olun bu sürücüləri cəza gözləyir. Açığlama

Tarix: 29-10-2019, 20:30

Bu sürücülərə protokol tərtib ediləcək-Vaqif Əsədovdan XƏBƏRDARLIQ


Xəbər verdiyimiz kimi, son günlər sürücülər duman əleyhinə işıqları əyləc sistemindəki faraya qoşurlar. Bu da bildiyimiz kimi, xüsusən də axşam saatlarında arxada hərəkət edən sürücülər üçün təhlükə yaradır.
 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun fikirlərini öyrənib. O, işıq cihazlarından istifadə etmək üçün tələblərinin olduğunu deyib:
"Sürücülər avtomobillərə ələvə işıqlar qoşurlar. Bu da əyləcə basanda verəndə işıqlar yanır- sönür filan və gələcəkdə avtomobilin nasazlığına səbəb olur. Sürücülər işıq cihazlarından düzgün istifadə edərək, bu tələbləri düzgün yerinə yetirilməlidirlər. Əks halda belə hallar inzibati- xəta tərkibi yaradır".
Polis polkovniki əyləc sisteminə düzgün qoşulmayan bu işiqların gələcəkdə avtomobilin və sürücünün həyatına təhlükə yarada biləcəyini qeyd edib:
"Burda naqilin qızmasından söhbət gedir. Müəyyən problemlər yaşana bilər. Mən həm sürücü, həm yol polisi olaraq tövsiyyə edirəm ki, belə hallara yol verməyin. Əgər istehsalçı zavod məsləhət bilsəydi, elə onu o cür buraxardı. İstehsalçı zavodun təyin etdiyi ölçüyə, standarta müdaxilə edirik. Həm müəyyən işlərlə bağlı, həm də görkəmini dəyişdirmək məqsədilə avtomobili dəyişdiririk və hesab edirik ki, bu yaxşıdır.
Vaqif Əsədov avtomobillərə belə müdaxilənin yolverilməz olduğunu deyərək bu qaydaları pozan şəxslərə qarşı "İşıq cihazlarından istifadə tələblərinin pozulması" protokulunun tərtib ediləcəyini də vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR