Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Azərbaycanda 6 vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR

Azərbaycanda 6 vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR

Tarix: 10-12-2019, 12:22

Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının birinci bəndində məhkəmə hakimiyyətinə ictimai qınaqla bağlı məsələlər öz əksini tapıb.

Publika.az xəbər verir ki, bu sözləri Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə bu gün keçirilən "İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, apreldən etibarən Məhkəmə-Hüquq Şurasında "qaynar xətt” yaradılıb və həmin ay "qaynar xətt”ə 2000-dən çox müraciət daxil olub:
"Qısa müddətdə 50-dən çox məhkəmədə monitorinq keçirilib, 100-dən çox hakimə irad məktubu göndərilib. Bəzi hallarda monitorinqlər nəticəsində ciddi pozuntulara yol verilməsinin şahidi olmuşuq. Bununla əlaqədar 2 hakim məhkəmə iltizamına cəlb edilib. Qısa müddət ərzində Məhkəmə-Hüquq Şurası 6 hakimi işdən uzaqlaşdırıb”.

C.Hüseynov jurnalistlərin hakimlərin fəaliyyəti ilə bağlı narazılıqlarının nəzərə alınaraq hər məhkəmədə hakimlərlə işləmək üçün bir hakim təyin olunduğunu söyləyib:
"Dünyanın hər yerində hakimlər media ilə münasibətlərdə həvəsli deyil. Hakim proses aparır. Prosesə müdaxilə yolverilməzdir. Hakim bu barədə kiməsə məlumat verməyə məcbur deyil və bu onu düşündürmür. Məhkəmə-Hüquq Şurasının ötən iclasında məsələ ciddi müzakirə olundu və hansı tədbirlərin görülməsi zərurəti araşdırıldı. Hakimlər jurnalistlərə operativ məlumat verməkdə çətinlik çəkirlər. Bu da media nümayəndələri arasında narazılıq yardır. Belə qərara gəlindi ki, hər məhkəmədə bir hakim mətbuata cavab versin. Rayonlarda tək hakim var və onun məlumat verməsi məsələsi müzakirə olunur.

Bundan sonra Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyev, Binəqədi Rayon Məhkəməsində Fuad Abdıyev, Xəzər Rayon Məhkəməsində Zeynəb Axundova, Xətaidə Cavid Hüseyn, Qaradağda İslam Həsənov, Nizamidə Babək Qasımov, Nərimanovda Tural Ələkbərov, Nəsimidə Şəlalə Həsənova, Sabunçuda Mehriban Qarayeva, Səbaildə Ülviyyə Şükürova, Abşeronda Zülfüqar Sadıqov, Suraxanıda Ceyhun Qədimov, Sumqayıtda Nəriman Abıyev media ilə işləyəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR