Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Nazirdən qərar – Artıq lisenziya tələb olunacaq

Nazirdən qərar – Artıq lisenziya tələb olunacaq

Tarix: 10-12-2019, 15:15

"Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (sədri Sahil Babayevdir) qərara alıb ki, "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əlavə edilsin.
Qərarla "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın "Giriş" hissəsinin beşinci abzasında "xüsusi razılıq" sözləri "lisenziya" sözü ilə əvəz olunub.
Sənəddə təhsilə qoyulan tələblərdə "tamamlanmış təhsil" dedikdə magistratura, doktorantura, adyunktura və dissertanturada xüsusi elmi hazırlıq anlaşılır.
"Əlavə təhsil" dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə, peşə hazırlığı kurslarında, bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.
Nazirliyin Kollegiyasının 2017-ci il 30 avqust tarixli 12 nömrəli qərarında isə lisenziya sözü yox idi.
Qərar dekabrın 6-dan qüvvəyə minib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR