Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycan əsgərləri Xankəndidə... (VİDEO)

Azərbaycan əsgərləri Xankəndidə... (VİDEO)

Tarix: 4-12-2020, 14:37

Şahidlərin sözlərinə görə, Azərbaycan əsgərləri Xankəndiyə gəlir və supermarketlərdən alış-veriş də edirlər. Düzdür, onlar rus sülhməramlılarının müşayiəti ilə gəlir, ancaq hazırda bu, heç nəyi dəyişmir.
Axar.az xəbər verir ki, bu sözləri keçmiş və qondarma "dqr”in "prezident müşaviri” Tiqran Abramyan yazıb.

Abramyan Paşinyana müraciət də edib:

"Sənin azacıq vicdanın qalıbmı? Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən olmayacaqsan, ancaq biz sənin qərarlarının ağır nəticələrini hiss etməyə davam edəcəyik”.

Qeyd edək ki, əgər rus sülhməramlıları gəlməsəydi, Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməsi an məsələsi idi. Buna görə də 10 noyabrda Paşinyan kapitulyasiyanı imzalamaq və digər ərazilərimizdən çıxmaq öhdəliyi götürməklə əslində boşalmış və bircə erməninin də qalmadığı Xankəndiyə ermənilərin qayıdışına nail oldu.

Bəyanatda isə Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmadığı üçün onlar Azərbaycan şəhərində yalnız yaşaya bilərlər. Bu baxımdan Azərbaycan Ordusunun əsgərinin deyil, erməni əhalisinin Xankəndiyə qayıtmasına təəccüblənməli və buna görə ermənilər rus ordusuna minnətdar olmalıdır.

Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.




<iframe width="100%" height="430" src="https://qaynar.tv/embed.php?vid=2f9a3e320" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR