Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

Xudayarın "Vətən yaxşıdır" mahnısı fərqli təqdimatda VİDEO

Xudayarın "Vətən yaxşıdır" mahnısı fərqli təqdimatda VİDEO

Tarix: 5-12-2020, 15:30

Torpaqlarımıza azadlıq gətirənlərın sırasında onun da imzası var - Dövlət Sərhəd Xidmətinin giziri, 22 yaşında şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə...

O, Bərdənin Qazıqurdalı kəndində doğulub. Dünyaya göz açdığı 24-cü gündə atası vəfat edib. Ona görə də nənəsinin himayəsində böyüyüb. Bərdə 1 saylı uşaq musiqi məktəbini xanəndəlik ixtisası üzrə bitirib. Xanəndə də ola bilərdi. Amma Vətən sevgisi daha ali olduğundan hərb sahəsini seçdi. Hərbi xidmətindən sonra kiçik gizir hərbi rütbəsi alaraq sərhədlərimizin keşiyində dayandı.

Xudayarın ən böyük arzusu Qarabağın incisi Şuşanı görmək olub. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağları” mahnısını da orada oxumaq istəyirdi. Amma qismət olmadı... Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Əlavə edək ki, “Azpromedia” şirkəti İkinci Qarabağ Müharibəsində şəhid olmuş Xudayarın döyüş ərəfəsidə telefonuna həkk etdiyi “Vətən yaxşıdır” mahnısını fərqli bir yöndə əbədiləşdirib.

Vətən sevgisini dastana döndərən şəhidin ifasını bir də tar, kamança, zərb alətlərinin müşayiətində dinləyin.

Nur içində yat, üçrəngli Azərbaycan bayrağının qırmızısında qanı olan şəhidimiz!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR