Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

İlham Əliyev: “Azad olunan ərazilərdə quruculuq işlərinə dost dövlətlərin şirkətləri dəvət edilib”

İlham Əliyev: “Azad olunan ərazilərdə quruculuq işlərinə dost dövlətlərin şirkətləri dəvət edilib”

Tarix: 7-12-2020, 17:12

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərində iştirak etmək üzrə dost dövlətlərin şirkətləri artıq dəvət edilib.  

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İşğal edilmiş ərazilərimiz uğrunda aparılan hərbi əməliyyatlar və onların nəticələrindən danışan dövlət başçısı bildirib ki, indi Azərbaycanda bərpa dövrü başlayıb, genişmiqyaslı quruculuq işləri aparılacaq:

“İlk növbədə Azərbaycan şirkətləri bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri də bərpa, rekonstruksiya və yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər edildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ötən il ölkə ilə ticarət dövriyyəmizin həcmi 6 milyard dollara çatıb:

“Bunun böyük hissəsi enerji resursları aiddir. Hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da iki ölkə arasında xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək. Bu şübhəsiz ki, İtaliya ilə Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR