Son Xəbər: Azərbaycanda Dövlət Bayrağı Günüdür, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb,

DYP-dən XƏBƏRDARLIQ: Sabah Bakıda bağlı olacaq yolların SİYAHISI

DYP-dən XƏBƏRDARLIQ: Sabah Bakıda bağlı olacaq yolların SİYAHISI

Tarix: 9-12-2020, 12:14

10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında “Zəfər paradı” keçiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a məlumat verib.

V.Əsədov bildirib ki, texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq, Ağ Şəhər bulvarına bitişik ərazidən keçərək, Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub:

“Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur”.

Belə ki, tədbir tam başa çatanadək hərəkət aşağıdakı istiqamətlər üzrə müəyyənləşdiriləcək :

1. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə,

2. Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə,

3. Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə,

4. M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə,

5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə,

6. A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə,

7. Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə,

8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.

Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər.

Xatırladaq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən daha əvvəl verilən məlumata görə, hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Hərbi parad bitənədək sürücülərin Azneft dairəsi, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri rica olunur.

Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR