Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Lavrov Pompeo ilə görüşüb

Lavrov Pompeo ilə görüşüb

Tarix: 11-12-2019, 11:40

Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb
 
ABŞ-da səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşündə bir sıra beynəlxalq məsələlər müzakirə edilib.
 
 "Report"bildirir ki, hər iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları, Əfqanıstan, Ukrayna, İran, KXDR-ə qarşı sanksiyalar məsələlərini, strateji hücum silahlarının ixtisarı, habelə digər məsələləri müzakirə ediblər. Lavrov və Pompeonun görüşündə xüsusən iki ölkə arasındakı əməkdaşlıq diqqət mərkəzində olub.
 
Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində ABŞ dövlət katibi dəvətə görə Rusiyanın XİN rəhbərinə təşəkkür edib.
 
Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb. İki ölkənin rəsmiləri eləcə də Yəməndə və Liviyada əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR